Qəzəblənmiş panamalılar Trampa “cavab” verdilər

   Qəzəblənmiş panamalılar Trampa    “cavab”    verdilər
  24 Dekabr 2024    Oxunub:422
ABŞ-nin gələcək prezidenti Donald Trampın Panama kanalından istifadə üçün mövcud şərtlərə yenidən baxılmadığı təqdirdə ona nəzarəti bərpa etmək istəyi ilə bağlı sözlərinə etiraz olaraq Panamada nümayişçilər ABŞ bayrağını yandırıblar.
AzVision.az xəbər verir ki, Panamanın inşaat və buna yaxın sahələrinin əməkdaşlarının Vahid Milli Həmkarlar ittifaqının “Instagram” səhifəsində Donald Trampa sərt cavab ünvanlanıb.

“Fürsətdən istifadə edərək, ABŞ hökumətinin kanalımızı geri almaq niyyəti barədə açıqlamasını qəti şəkildə rədd etdiyimizi bildirmək istərdik. Biz hökumətdən daha qətiyyətli davranmağı xahiş edirik”, - etirazçılardan biri deyib.

Protest aksiyasında ABŞ bayrağı və “Tramp Kanadanın düşmənidir” yazısı olan plakatlar yandırılıb.

- Biz Donald Trampın təhdidlərini rədd edirik. Bura Panama ərazisidir. Biz kanalı qoruyacağıq”, - İnşaat işçilərinin Həmkarlar İttifaqının baş katibi Saul Mendez vurğulayıb.

Qrenlandiya da Trampın hədəfləri siyahısına düşüb
Xatırladaq ki, iki gün əvvəl Tramp “Truth Social” şəbəkəsində Panama kanalından mövcud istifadə şərtlərinə yenidən baxılmadığı təqdirdə ABŞ ona nəzarətin qaytarılmasını tələb edə biləcəyini yazıb. O, kanaldan istifadə üçün tələb olunan yüksək tarifləri tənqid edərək, 1999-cu ildə kanala nəzarətin verilməsinin digər ölkələrə güzəştdən çox “əməkdaşlıq jesti” olduğunu vurğulayıb və Panama hakimiyyətini öz siyasətinə yenidən baxmağa çağırıb.

Panamanın prezidenti Xose Raul Mulino, öz növbəsində, bildirib ki, kanalın suverenliyi və ölkənin müstəqilliyi danışıqlar mövzusu ola bilməz.

Qeyd edək ki, Panama kanalı ABŞ tərəfindən tikilib və onların nəzarəti altında olub. 1977-ci ildə imzalanan “Torrixos-Karter” müqaviləsi 1999-cu ildə tamamlanan kanalın mərhələli şəkildə Panamaya verilməsi ehtiva olunur. Bu sənəd kanalın neytral statusunu və dünya ticarətinə çıxışın təminatını nəzərdə tutur. Hazırda Panama kanalı qlobal iqtisadiyyat üçün vacib marşrut və ABŞ-nın əsas maraq obyektidir.

Sahil İsgəndərov
AzVision.az



Teqlər:   Tramp   Panama   cavab  





Xəbər lenti