Nazarbayeva ölüb?

Nazarbayeva ölüb?
  27 Dekabr 2024    Oxunub:352
Qazaxıstanın keçmiş lideri Nursultan Nazarbayevin həyat yoldaşı Sara Nazarbayevanın ölümü ilə bağlı yayılan xəbərlər həqiqətə uyğun deyil.
Bu barədə Nazarbayevin mətbuat katibi Aidos Ukibay X-də yazıb.

“Bir sıra yerli KİV-lərin jurnalistlərinin Sara Alpısovna ilə bağlı sorğusuna cavab olaraq bildirmək istərdim ki, onun ölümü ilə bağlı internetdə yayılan informasiyalar həqiqətə uyğun deyil”, - Ukibay bildirib.

83 yaşlı Sara Nazarbayeva “Bobek” (“Körpə”) Beynəlxalq Uşaq Xeyriyyə Fondunun rəhbəri, “SOS – Qazaxıstanın Uşaq Kəndləri” fondunun fəxri prezidentidir. O, Nursultan Nazarbayevlə 1962-ci ildə nikah bağlayıb, üç qızı var.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti