Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb
  27 Dekabr 2024    Oxunub:477
“Azərbaycan Hava Yolları”nın Bakı-Qroznı reysini yetirə yetirən sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində başsağlığı kitabı açılıb və dövlət bayrağı yarıya endirilib.
AzVision.az xəbər verir ki, Koreya Respublikası Xarici İşlər Nazirliyinin məsul işçiləri, Seuldakı diplomatik missiyalarının rəhbərləri, soydaşlarımız səfirliyə gələrək xatirə kitabına ürək sözlərini yazıb, yaralılara şəfa diləyiblər. Həmçinin səfirliyin elektron poçtuna başsağlığı məktubları daxil olub.

AzVision.az



Teqlər:





Xəbər lenti