ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib

ABŞ Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib
  27 Dekabr 2024    Oxunub:317
ABŞ Maliyyə Nazirliyi “Gürcü Arzusu”nun fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi açıqlama yayıb.

Sanksiyalara İvanişvilinin ABŞ-dəki bütün aktivlərinin dondurulması, ABŞ fiziki və hüquqi şəxsləri tərəfindən ona tranzaksiyaların qadağan edilməsi daxildir.

AzVision.az



Teqlər:





Xəbər lenti