Ukraynaya verilən “ATACMS” raketləri tükənir

Ukraynaya verilən    “ATACMS”    raketləri tükənir
  28 Dekabr 2024    Oxunub:375
Son vaxtlar ehtiyatlarının tükənməsi səbəbindən Ukrayna Rusiyaya hücumlar üçün uzaqmənzilli “ATACMS” raketlərinin istifadəsini məhdudlaşdırmaq məcburiyyətində qalıb.
AzVision.az xəbər verir ki, məlumatı amerukalı məmurlara istinad edən “New York Times (NYT)” qəzetinin yazdığına görə, bu ilin yazında ABŞ Pentaqonun anbarlarından Kiyevə 500-ə yaxın “ATACMS” raketi ötürüb. Əvvəlcə onlardan işğal edilmiş ərazilərdə, o cümlədən Krımdakı hədəfləri məhv etmək üçün istifadə olunurdu.

“Lakin noyabrın ortalarında ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə bu raketlərdən Rusiyanın dərinliklərinə zərbə endirmək üçün istifadə etməyə icazə verib. Onda Ukraynada cəmi 50-yə yaxın “ATACMS” qalmışdı. Eyni zamanda, Vaşinqton ehtiyatların bir hissəsinin Yaxın Şərqə və Asiyaya göndərildiyi üçün Kiyevə əlavə raket tədarükünü təmin edə bilməyəcəyini açıqladı”, - NYT vurğulayıb.

Qəzetin Rusiya Müdafiə nazirliyi və hərbi blogerlərinin məlumatlarına əsaslanan hesablamasına görə, ümumilikdə Ukrayna ən azı 31 “ATACMS” və 14 “Storm Shadow” raketlərindən istifadə etməklə Rusiya ərazisinə altı raket hücumu həyata keçirib. Ən təsirli hücumlardan biri noyabrın 20-də Kursk vilayətinin Maryino kəndi yaxınlığındakı Rusiya komandanlığının bunkerinə vurulan zərbə olub. Məhz bundan sonra Rusiya Ukraynanın Dnepr vilayəti istiqamətində istiqamətində “Oreşnik” ballistik raketlə zərbə endirdi.

- Lakin ümumilikdə Qərb raketlərinin istifadəsi məhdud effektivliyə malik idi və hərbi əməliyyatların trayektoriyasını dəyişmədi. “ATACMS” raketləri ilə Rusiya ərazisinə endirilən zərbələrdən sonra heç bir eskalasiya baş vermədi”, - NATO-nun yüksək vəzifəlim məmurları “NYT” nəşrinə bildiriblər.

Amerikalı rəsmilərin fikrincə, Moskva Donald Trampın ABŞ prezidenti seçilməsi ilə bağlı vəziyyəti gərginləşdirməyə çalışır. Qəzetin həmsöhbətləri ABŞ-nin Ukraynaya dəstəyini artırmaması və yeni administrasiyanın yöndəmsiz vəziyyətdə qalmaması üçün Rusiya hakimiyyətinin “ATACMS” zərbələrinə cavab verməyəcəyini güman edirlər.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   "ATACMS"   tükənmə  





Xəbər lenti