Şolzun yenidən kansler seçilməsi şansı getdikcə azalır - "Bild"

Şolzun yenidən kansler seçilməsi şansı getdikcə azalır    - "Bild"
  28 Dekabr 2024    Oxunub:349
Almaniya kansleri Olaf Şolzla onun müxalifətdəki rəqibi Fridrix Merz arasında uçurum getdikcə genişlənir.
Bu proses böyüdükcə, Şolzun yenidən seçkilərdə qalib gəlmək şansı azalır. Bu fikirlər “Bild”də dərc olunan məqalədəndir.

Qəzet INSA sosioloji institutunun rəhbəri Herman Binkertin sözlərini sitat gətirib. O, belə hesab edir ki, hazırkı kanslerin Merzə çatmaq şansı var. Lakin Şolz onu ötməyəcək. Ekspert qeyd edib ki, Almaniya Sosial Demokrat Partiyası (SPD) ilə Merzin CDU/CSU müxalifət bloku arasında yaranmış uçurum olduqca böyükdür.

"Merz tərəfindən ciddi səhvlər buraxılmasa, Olaf Şolz yenidən federal kansler seçilə bilməyəcək",- Binkert deyib.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti