Ermənistanın sabiq müdafiə naziri Rusiyada saxlanılıb

Ermənistanın sabiq müdafiə naziri Rusiyada saxlanılıb
  30 Dekabr 2024    Oxunub:473
Ermənistanın sabiq müdafiə naziri Arşak Karapetyan Moskvanın mərkəzində saxlanılıb.
Bu barədə “112 Telegram” kanalı məlumat yayıb.

Bildirilib ki, A.Karapetyan gündüz saatlarında Tver küçəsində saxlanılıb.

Sabiq nazir Ermənistanda "Qanunsuz sahibkarlıq fəaliyyətində iştirak", "Vəzifə səlahiyyətlərindən sui-istifadə" və s. maddələri üzrə axtarışa verilib.

Xatırladaq ki, Arşak Karapetyan 2021-ci ildə bir neçə ay Ermənistanın müdafiə naziri vəzifəsində çalışıb.
AzVision.az



Teqlər:





Xəbər lenti