Cənubi Koreya Prezidentinin həbsinə order verilib

   Cənubi Koreya Prezidentinin həbsinə order verilib
  31 Dekabr 2024    Oxunub:940
Cənubi Koreya məhkəməsi hərbi vəziyyət rejimindən sonra qiyama cəhddə şübhəli bilinən Prezident Yun Sok Yol haqqında istintaq qrupunun tələbi ilə həbs orderi verib.
İstintaq qrupu Prezidentin dəqiq nə vaxt saxlanılacağını bildirməsə də, order 1 həftə qüvvədə olur. Bu, Cənubi Koreya tarixində prezident haqqında verilən ilk həbs orderidir.

Qeyd edək ki, Prezident Yun Sok Yol müxalifəti qiyam təşkilinə yönəlmiş antidövlət fəaliyyətində ittiham edərək dekabrın 3-də gecə saatlarında ölkədə hərbi vəziyyət elan edib. Amma müxalifətin üstünlük təşkil etdiyi parlamentin Prezidentdən hərbi vəziyyətin ləğvi ilə bağlı qətnamənin qəbulundan sonra Prezident Yun Sok Yol geri addım ataraq hərbi vəziyyəti ləğv edib.

Müxalif Demokratiya Partiyası başda olmaqla, müxalifət bununla kifayətlənməyərək Prezidentin impiçmenti prosesinə start verib. Dekabrın 7-də parlamentdə impiçmentin səsə qoyulması hakim partiyanın boykotu səbəbindən yetərsay olmadığı üçün baş tutmayıb.

Amma dekabrın 14-də hakim partiyanın deputatlarının bir neçəsinin dəstəyi ilə 2-ci cəhddə impiçment baş tutub. Ondan sonra qiyama cəhd şübhəsi ilə istintaq başlayıb. Bir neçə yüksək vəzifəli hərbçi saxlanılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti