Xorvatlar ilk turda prezident seçə bilmədilər

Xorvatlar ilk turda prezident seçə bilmədilər
  31 Dekabr 2024    Oxunub:574
Xorvatiyada prezident seçkilərin ikinci turunda Ukraynaya hazırkı prezident Zoran Milanoviç və keçmiş təhsil naziri Draqan Primorats qarşılaşacaqlar.
AzVision.az Xorvatiyanın Dövlət Seçki Komissiyasının rəsmi açıqlamasına istinadən xəbər verir ki, namizədlərdən heç biri seçicilərin 50%-dən çox etimadını qazana bilməyib.

Ukraynaya yardımı tənqid etməsi ilə tanınan hazırkı prezident Zoran Milanoviç 49,10% səs toplayıb. O, müstəqil namizəd kimi iştirak etsə də, Sosial-Demokrat Partiyasının (SDP) rəhbərlik etdiyi sol mərkəzçi alyans tərəfindən dəstəklənir.

Onun əsas rəqibi, keçmiş təhsil naziri Draqan Primorats 19,35%-lə ikinci yeri tutub. Seçkilərdə iştirak edən daha 6 namizəd isə 9% və ya daha az səs toplayıblar. Seçici fəallığı 46,02% təşkil edib.

Beləliklə də, prezident seçkilərinin yanvarın 12-də keçiriləcək ikinci turunda Zoran Milanoviç və Draqan Primorats güclərini sınayacaqlar.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Xorvatiya   prezident   seçkilər  





Xəbər lenti