Cənub bölgəsində intensiv yağış yağıb - FAKTİKİ HAVA

Cənub bölgəsində intensiv yağış yağıb -    FAKTİKİ HAVA
  01 Yanvar 2025    Oxunub:874
Yanvarın 1-i saat 10:30-a olan məlumata əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin dekabrın 31-də Lənkəran-Astara zonasında intensiv xarakterli yağış yağıb.
Milli Hidrometeorologiya Xidmətindən AzVision.az -a verilən məlumata görə, düşən yağıntının miqdarı Astarada 40 mm, Lənkəranda 18 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub, dumanda görünüş 200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, Naxçıvan MR-da 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, dağlıq rayonlarda 6, yüksək dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

AzVision.az


Teqlər: hava   yağış  





Xəbər lenti