Əhməd Şəra Suriyada xristian din xadimlərini qəbul edib

Əhməd Şəra Suriyada xristian din xadimlərini qəbul edib
  01 Yanvar 2025    Oxunub:632
Suriyada yeni hökumətin lideri Əhməd Şəra xristian icmasının ruhaniləri ilə görüşüb.
AzVision.az xəbər verir ki, Suriyanın yeni hökuməti ölkədəki bütün etnik və dini qrupların təmsil olunduğu yeni administrasiya üçün müzakirələri davam etdirir.

Suriyanın Dövlət Xəbər Agentliyi SANA Şəranın Dəməşqdəki sarayda xristian din xadimlərindən ibarət nümayəndə heyətini qəbul etməsinin fotolarını paylaşıb.

Qeyd edək ki, Suriyada əhalinin təxminən 10 faizini xristianların təşkil etdiyi bildirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti