Çin Tayvana xəbərdarlıq edib

   Çin Tayvana xəbərdarlıq edib
  03 Yanvar 2025    Oxunub:754
Çin Tayvanı müstəqillik axtarışının təhlükələri barədə xəbərdar edir.
Bu barədə Çinin Rusiyadakı səfiri Çjan Hanhuey RİA Novosti-də dərc edilən məqaləsində deyib. Onun sözlərinə görə, Tayvan Çin ərazisinin ayrılmaz hissəsidir: "Tayvan heç vaxt bir ölkə olmayıb, ola da bilməz və bu kontekstdə suverenlik deyə bir şey yoxdur".

Diplomat qeyd edib ki, Tayvan administrasiyasının rəhbəri Lay Tsindenin müstəqillik haqqında fikirləri absurddur və Tayvan boğazında sülh və sabitliyə xələl gətirir.

AzVision.az


Teqlər:





Xəbər lenti