Kiyevə silah tədarükü ilə bağlı Qərb dövlətlərinin görüşü keçiriləcək

Kiyevə silah tədarükü ilə bağlı Qərb dövlətlərinin görüşü keçiriləcək
  03 Yanvar 2025    Oxunub:664
Yaxın günlərdə Ukraynaya silah tədarükünü əlaqələndirmək üçün bir qrup Qərb dövlətlərinin görüşü keçiriləcək.
AzVision.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi onlayn brifinqdə bildirib.

Kirbi görüşün vaxtına da toxunaraq, "Mütləq administrasiyamızın sonuna qədər", - deyə bildirib.

O həmçinin təfərrüatlara varmadan təsdiqləyib ki, paralel olaraq ABŞ Ukraynaya daha bir silah və hərbi texnika paketi ayıracaq.

AzVision.az





Teqlər:





Xəbər lenti