Tramp Çindən COVID-19-a görə təzminat tələb edə bilər

Tramp Çindən COVID-19-a görə təzminat tələb edə bilər
  03 Yanvar 2025    Oxunub:775
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp koronavirusa görə Çindən trilyonlarla təzminat tələb edə bilər.
Bunu Avropa Parlamentinin keçmiş üzvü, professor Notis Marias deyib. “Güman edirəm ki, ABŞ və ümumilikdə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsi və Rusiya hökumətinin 300 milyard dollardan çox vəsaitinin dondurulması nailiyyətlərindən istifadə edən Tramp indi çəkinmədən Çindən koronavirusdan dəymiş ziyana görə kompensasiya tələb edəcək”,- deyə o, söyləyib.

ABŞ Konqresinin alt komitəsinin araşdırması nəticəsində COVID-19 virusunun Çinin Uhan şəhərindəki laboratoriyada yarandığı müəyyən olunub. Alt komitənin 520 səhifəlik hesabatında deyilir ki, virusun hazırlanmasına 2 il vaxt sərf olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti