Azərbaycanda ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsal olunacaq

Azərbaycanda ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsal olunacaq
  04 Yanvar 2025    Oxunub:809
Ağdam Sənaye Parkında ölkədə ilk dəfə müasir texnologiyanın tətbiqi ilə SPC lövhələr istehsalına başlanacaq. “Mister Decor” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) SPC dekor döşəmələr istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.
AzVision.az “AZƏRTAC”-a istinadən xəbər verir ki, “Mister Decor” MMC-nin direktoru Əli Əliyev müəssisənin tikintisinin 80 faizindən çoxunun icra olunduğunu və tezliklə avadanlıqların sifariş ediləcəyini bildirib. Məhsul istehsalına 2025-ci ilin axırında başlamaq nəzərdə tutulur. Müəssisənin illik istehsal həcmi 1,5 milyon kvadratmetrdir. Burada 80 nəfərin işlə təmin olunması planlaşdırılır.

Əli Əliyev qeyd edib ki, karbonat-kalsium və PVC məhlulu qarışığından hazırlanmış döşəmələr oda, nəmişliyə dözümlüdür və tam gigiyenik məhsuldur.

“Ölkəmizdə bu məhsullara tələbat var. SPC döşəmələr respublikamıza əsasən Çindən, Rusiyadan və Hindistandan idxal olunur. Daşınma xərcləri çox olduğu üçün geniş yayılmayıb. Məqsədimiz yeni nəsil döşəmələrlə ölkə bazarını təmin etməkdir”, - şirkətin direktoru deyib.
AzVision.az


Teqlər: Ağdam   SPC   istehsal  





Xəbər lenti