AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı yekun hesabat 3 ildən gec olmayaraq təsdiqlənəcək
“2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer E190AR” markalı, 4K-AZ65 dövlət nömrə nişanlı təyyarə ilə baş vermiş aviasiya qəzasının təhqiqatı Qazaxıstan Respublikasının İnvestisiya və İnkişaf nazirinin müvafiq əmrinə uyğun olaraq həyata keçirilir. Əmrin 32-ci bəndinə uyğun olaraq, insan tələfatı ilə nəticələnən aviasiya hadisəsinin təhqiqatının müddəti komissiya yaradıldığı andan qəzanın təhqiqatının nəticələrinə dair yekun hesabatın təsdiq edildiyi tarixə kimi, əlavə araşdırma tələb olunmadığı təqdirdə, 36 aydan çox olmamalıdır”, - nazirlikdən bildirilib.
Xatırladaq ki, İstintaq komissiyasının üzvü, Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev 2024-cü il dekabrın 30-da “Kazinform” agentliyinə müsahibəsində araşdırmanın ilkin və ya aralıq nəticələrinin 30 gün ərzində hazır olacağını demişdi.
AzVision.az
Teqlər: AZAL təyyarə araşdırma