İspaniya “qızıl viza” ları ləğv edəcək

İspaniya    “qızıl viza”   ları ləğv edəcək
  04 Yanvar 2025    Oxunub:868
Bu ilin aprelindən İspaniya investisiya müqabilində əcnəbilər üçün “qızıl viza” - yaşayış icazələrinin verilməsini dayandıracaq.
AzVision.az xəbər verir ki, bu, Rəsmi Dövlət bülletenində dərc olunan dəyişikliklərdən irəli gəlir.

“Keçid müddəasının qüvvəyə mindiyi tarixə qədər verilmiş vizalar və investor icazələri nəzərdə tutulmuş müddətin sonuna qədər qüvvədə qalacaq. Dəyişikliklər qüvvəyə minməmişdən əvvəl viza üçün müraciət etmiş investorlar və ya onların qohumları bu icazəni müraciət tarixində qüvvədə olan qaydalara uyğun şəkildə ala bilərlər”, - sənəddə dəqiqləşdirilir.

Qeyd edək ki, “qızıl viza” proqramı Avropa İttifaqına (Aİ) daxil olmayan vətəndaşlara ilk növbədə daşınmaz əmlaka sərmayə qoymaqla rezidentlik əldə etməyə imkan verir. İspaniyada ən çox yayılmış variant minimum 500 min avro dəyərində daşınmaz əmlakın alınmasıdır. Digər variantlar İspan şirkətlərinin səhmlərinə 1 milyon avro və ya İspaniya dövlətinin qiymətli kağızlarına 2 milyon avro sərmayə yatırmaqdır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İspaniya  





Xəbər lenti