Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı - "Fox News"

Bayden Sorosa "Azadlıq" medalı verməklə bu mükafatı dəyərdən saldı    - "Fox News"
  06 Yanvar 2025    Oxunub:753
Cozef Bayden növbəti dəfə anlaşılmaz qərarları ilə gündəmə gəlib. "Fox News" bu ay vəzifəsini Donald Trampa təhvil verəcək Baydenin gethagetdə medal paylamasını tənqid edib.
Nəşrin köşə yazarı Co Konça yazıb ki, Ağ Ev rəhbərinin ölkənin ən ali mülki mükafatlarından biri sayılan "Azadlıq" medalını milyarder və Açıq Cəmiyyət Fondunun təsisçisi Corc Sorosa verməsi absurd qərar olub. O, həmçinin ABŞ-nin keçmiş dövlət katibi Hillari Klintonun da eyni medalla təltif edilməsini tənqid edib. Bu qərarlar mükafatı gülüş obyektinə çevirib. Konça qeyd edib ki, hər iki şəxsin ali medalla mükafatlandırılması sadəcə amerikalıları özündən çıxarmaq cəhdidir.

Bayden Hillari Klintonu və Lionel Messini medalla təltif edəcək
Məqalədə qeyd edilib ki, əgər Bayden prezidentliyinin sonunda mümkün qədər çox amerikalını qəzəbləndirmək qərarlarını sıralasa, o zaman siyasətçi ilə bağlı bütün şübhəli gözləntilər reallaşacaq: "Bunun sübutu kimi Baydenin Hillari Klinton və Corc Sorosa prezident mükafatı sayılan "Azadlıq" medalını verməsi qərarını göstərmək olar. Çünki onlar uzun illər ABŞ-yə digər vətəndaşlardan daha çox zərər vurublar...".

Müəllif onu da qeyd edib ki, Bayden son onilliyin ən qeyri-populyar dövlət başçısı kimi vəzifədən ayrılır. Bu yolda o, bir vaxtlar xüsusi mükafatlar sayılmış medalları özünün sözü qədər dəyərsiz hala gətirir.
Xatılradaq ki, bir müddət öncə ABŞ prezidenti Corc Soros, siyasətçi Hillari Klintonla yanaşı daha 16 nəfərə Azadlıq medalı təqdim edib.

"Azadlıq" medalı ABŞ-də ən yüksək mülki mükafat sayılır. O, “Birləşmiş Ştatların rifahına, dəyərlərinə, təhlükəsizliyinə, dünyada sülh və ya digər mühüm sosial, ictimai səylərə nümunəvi töhfələr verən” şəxslərə verilir.
Bir müddət öncə məşhur biznesmen İlon Mask Sorosa "Azadlıq" medalının verilməsini ələ salmışdı.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Medal   Soros  





Xəbər lenti