İsrail rəsmisi: "HƏMAS-dan hər hansı əsir siyahısı almamışıq"

      İsrail rəsmisi:    "HƏMAS-dan hər hansı əsir siyahısı almamışıq"
  06 Yanvar 2025    Oxunub:718
"Bir sıra xəbər saytında guya HƏMAS-ın azadlığa buraxmağa razılaşdığı 34 nəfərlik siyahı, əslində, bizim onlara əvvəllər göndərdiyimiz siyahıdır".
Bu sözləri "The Times of Israel"ə açıqlamasında ölkənin adı çəkilməyən rəsmi hökumət nümayəndəsi bildirib. O vurğulayıb ki, "rəsmi Tel-Əviv özünün irəli sürdüyü bu, ya digər siyahının HƏMAS tərəfindən təsdiqini almayıb".
HƏMAS: "İlk razılaşmada 34 əsiri azadlığa buraxacağıq" - FOTO

Xatırladaq ki, sözügedən siyahı barədə məlumatı bu gün Fələstinin HƏMAS terror təşkilatının adı çəkilməyən ali rütbəli komandirlərindən biri Səudiyyə Ərəbistanının "Asharq News" xəbər agentliyinə verib. Onun iddiasına görə, təşkilatla İsrail arasında atəşkəs və əsir mübadiləsi sazişinin ilk mərhələsində məhz həmin siyahıdakı 34 İsrail vətəndaşı azadlığa buraxılacaq.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   HƏMAS   əsirlər   siyahı  





Xəbər lenti