Çin turistlərin Comolunqmaya girişinə qadağa qoydu

 Çin turistlərin Comolunqmaya girişinə  qadağa qoydu
  07 Yanvar 2025    Oxunub:564
Çin hakimiyyəti çərşənbə axşamı ölkənin cənub-qərbindəki Tibet Muxtar Bölgəsində (TAR) baş vermiş zəlzələ ilə əlaqədar turizmlə bağlı bəzi sərt tədbirlər görüb.
Hökumət dünyanın ən hündür dağı olan Comolunqmadakı (Everest) istirahət zonasına turistlərin gəlişinə müvəqqəti qadağa qoyub.

Bu barədə Sinxua agentliyi məlumat yayıb.

Tibet zəlzələsində ölənlərin sayı 53-ə çatıb
Comolunqma dağı Çin-Nepal sərhədində yerləşir və hündürlüyü 8848 metrə çatır. Rəsmi məlumatlara görə, 2024-cü ildə Çindən təxminən 13,7 min turist dağa baş çəkib. Bu, əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Xatırladaq ki, çərşənbə axşamı gecə saatlarında Çinin Tibet Muxtar Bölgəsinin Şiqatse qraflığının Tinqri dairəsində 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Təbii fəlakətdən sonra seysmoloqlar 49 yeraltı təkan qeydə alıblar. Çin Xalq Respublikasının Tibet Muxtar Bölgəsində zəlzələdən zərərçəkənlərə yardım üzrə operativ qərargahı zəlzələ nəticəsində 53 nəfərin öldüyünü bəyan edib. Məlumata görə 62 nəfər xəsarət alıb.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Turist   Zəlzələ  





Xəbər lenti