ABŞ-də quş qripi yenidən yayılır - ölən var

ABŞ-də quş qripi yenidən yayılır -    ölən var
  07 Yanvar 2025    Oxunub:540
ABŞ-nin Luiziana ştatında H5N1 quş qripindən ilk insan ölümü qeydə alınıb.
AzVision.az xəbər verir ki, bu barədə Luiziana Səhiyyə Departamenti məlumat yayıb.

Quş qripi yenidən yayılır: Yeni pandemiya gözlənilirmi?
Bildirilib ki, 65 yaşlı kişi ev və çöl quşları ilə təmasdan sonra xəstələnib. Vəziyyəti ağırlaşan şəxs 13 dekabr 2023-cü il tarixində xəstəxanaya aparılıb və bir müddət sonra orada vəfat edib.

Xatırladaq ki, 2024-cü ilin mart ayında Texas və Kanzas ştatlarında da inəklərdə yoluxma halları qeydə alınıb. O vaxtdan bəri Amerikanın 10 ştatında insanlar arasında 66 yoluxma halı təsdiqlənib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   quşqripi  





Xəbər lenti