Barro: "İranda saxlanılan soydaşlarımız acınacaqlı haldadırlar"

      Barro:    "İranda saxlanılan soydaşlarımız acınacaqlı haldadırlar"
  07 Yanvar 2025    Oxunub:549
"İranda saxlanılan üç Fransa vətəndaşının vəziyyəti günbəgün pisləşir, onlar işgəncə şəraitində saxlanılırlar".
Bu sözləri Fransanın xarici işlər naziri Jan-Noel Barro ölkənin səfirlərinin konfransında çıxışı zamanı dilə gətirib. O diqqətə çatdırıb ki, "İranla gələcək münasibətlər, habelə sanksiyaların aradan qaldırılması məhz məhbusların taleyindən asılıdır".

"Soydaşlarımız, bir neçə ildir ki, beynəlxalq hüquqda işgəncə anlayışına bərabər ləyaqətsiz şəraitdə və haqsız yerə həbs yatırlar. İran hakimiyyətini onları azadlığa buraxmağa çağırıram", - nazir vurğulayıb.

Barro həmçinin Fransa vətəndaşlarına İrana getməməyi məsləhət görüb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Fransa   İran   məhbuslar  





Xəbər lenti