WSJ: “Bayden İsrailə mane olurdu”

      WSJ:    “Bayden İsrailə mane olurdu”
  07 Yanvar 2025    Oxunub:441
ABŞ prezidenti Co Baydenin administrasiyası İsrailin hərəkətlərini məhdudlaşdırıb, onun tam gücü ilə döyüşməsinə mane olub ki, bu siyaət də HƏMAS-a kömək edib və girovların vəziyyətini daha da pisləşdirib. İsrail cəbhədə uğur qazananda isə Ağ Ev bu nailiyyətləri öz xidmətləri siyahısına yazmağa başladı.
AzVision.az xəbər verir ki, Amerikanın məşhur “The Wall Street Journal (WSJ)” qəzetində dərc olunan məqalədə belə deyilir.

“Dövlət katibi Antoni Blinken bildirib ki, İsrailə təzyiqlər HƏMAS-a atəşkəsi və girovların azad olunmasını pozmağa kömək edib. Bayden seçkidən əvvəl partiyasının anti-İsrail qanadını sakitləşdirmək üçün İsrailin manevr azadlığını məhdudlaşdırmaqla ABŞ və İsrailin mövqelərindəki fərqi açıq şəkildə nümayiş etdirdi. Nəticədə HƏMAS belə qənaətə gəldi ki, girovların azad olunmasına ehtiyac yoxdur, çünki ABŞ tezliklə İsraili hərbi əməliyyatları dayandırmağa məcbur edəcək”, - qəzet yazır.

Məqalənin müəllifi bildirir ki, Bayden İsraili “fərq qoymadan bombardman etməkdə” günahlandırıb və döyüşlərin daha az intensivliyə ehtiyacı olduğunu iddia edib. Fələstin dövlətinin yaradılması barədə müzakirələr aparan Ağ Ev sionistlərə qarşı sanksiyalar tətbiq edib, həmçinin İsrailə silah tədarükünü məhdudlaşdırmağa çalışıb. Bayden və Blinken Təl-Əvivin danışıqlarda çeviklik nümayiş etdirməyəcəyi təqdirə, İsrailə qarşı siyasəti dəyişdirəcəkləri ilə hədələyiblər.

“Lakin ABŞ-da keçirilən prezident seçkilərindən sonra Ağ Evin mövqeyi dəyişdi və administrasiya İsrailin müharibədəki uğurları ilə fəxr etməyə başladı. Eyni zamanda Yaxın Şərqdə qüvvələr balansını dəyişdirənin məhz Bayden olduğunu iddia etdi”, - məqalədə vurğulanır.

Bu reallıqlardan çıxış edən “WSJ”-nin fikrincə, əslində İsrailin uğurları Baydenin siyasətinə rəğmən mümkün olub.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Bayden   İsrail   HƏMAS  





Xəbər lenti