Paşinyan: "Sülh sazişinin iki bəndi ilə bağlı təkliflər göndərmişik"

      Paşinyan:    "Sülh sazişinin iki bəndi ilə bağlı təkliflər göndərmişik"
  08 Yanvar 2025    Oxunub:468
"Azərbaycana sülh sazişi layihəsinin razılaşdırılmamış bir neçə bəndi ilə bağlı təkliflər göndərmişik. Müsbət cavab alsaq onu imzalamağa hazırıq".
AzVision.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli mediaya açıqlamasında deyib.

Paşinyan Moskvadan bahalı hədiyyələrlə qayıdıb - "Joğovurd"
O qeyd edib ki, rəsmi İrəvan konkret olaraq sülh sazişinin razılaşdırılmamış iki maddəsi üzrə həllər təklif edib. Hazırda Ermənistan tərəfi Azərbaycandan müsbət cavab gözləyir.

Paşinyan Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası komissiyalarının növbəti iclasının yanvarda baş tutacağını da xatırladıb. Baş nazir qeyd edib ki, tərəflərin 2024-cü ildə əldə etdiyi təcrübə “sakit" iş mühitində inkişaf etdirilə bilər.

Xatırladaq ki, dekabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev bəyan etmişdi ki, sülh müqaviləsi imzalamazdan əvvəl İrəvan konstitusiyaya dəyişiklik etməlidir. Bundan əlavə, Ermənistan ATƏT-in Minsk qrupunun ləğvinə də razılıq verməlidir. Çünki bu qrup nəinki çoxdan fəaliyyət göstərmir, həm də artıq formal olaraq mövcuddur.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Sülh  





Xəbər lenti