Ağdamda Mərkəzi parkın tikintisinə 8,7 milyon manat xərclənəcək
Qurum parkın tikintisi işlərinə 8,7 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrında təməli qoyulan parkın 5 hektar ərazini əhatə edəcək. Mərkəzi parkın ümumi ərazisi dörd zonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlik zonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şərait yaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri, istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar, təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyət göstərəcək.
Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdam şəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaq istəyənlər üçün imkan yaradılacaq.
AzVision.az
Teqlər: