Bakıda valideynlərin məktəb həyətində dava etməsi araşdırılır

   Bakıda valideynlərin məktəb həyətində dava etməsi araşdırılır
  09 Yanvar 2025    Oxunub:391
Bakının Yasamal rayonunda yerləşən 158 saylı orta məktəbin həyətində valideynlərin dava etməsi araşdırılır, hərəkətə hüquqi qiymət veriləcək.
Bunu Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli baş verən insidentə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, ötən il dekabrın 18-də mübahisə tərəfləri şikayət ərizələri ilə ərazi üzrə polis şöbəsinə müraciət ediblər:

"Onların izahatları alınıb, araşdırma zamanı hadisə yerinə baxış keçirilib və protokol tərtib edilərək materiala əlavə edilib. İnsidentin hərtərəfli araşdırılması, tərəflərin hadisə zamanı aldıqları xəsarətlərin dərəcəsinin müəyyən edilməsi məqsədilə hər iki şəxs ekspertizaya göndərilib. Polis idarəsində prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq hərəkətə hüquqi qiymət veriləcək".

AzVision.az


Teqlər:





Xəbər lenti