Növbəti ağacəkmə aksiyası keçirilib

Eyni zamanda, gün əzində paytaxtın kommunal xidmətləri tərəfindən xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ərəfəsində şəhərdə təmizliklə bağlı daxili iməcilik keçirilib. Xidmətin xüsusi təyinatlı texnikası və əməkdaşları tərəfindən prospekt və küçələrin, səki kənarlarının, bordyurların və işıq dirəklərinin, yol kənarındakı məhəccərlərin, park və istirahət yerlərində oturacaqların yuyulması həyata keçirilib, BŞİH-nin müraciətinə qoşulan özəl sektor nümayəndələri tərəfindən ticarət və digər obyektlərin vitrinləri və qarşısı təmizlənib.
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən əsas magistral yol və prospektlərin kənarlarındakı ağacların üzərinə toplanan toz və torpaq yuyulub, onların dibi yumşaldılıb, qurumuş budaqlar budanıb və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilib.
Paytaxtda həyata keçirilən yaşıllaşdırma və təmizlik işləri davam etdiriləcəkdir.
AzVision.az
Teqlər: BŞİH ağacəkmə iməcilik