DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

      DİN:    Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb
  22 Mart 2025    Oxunub:765
Martın 21-də ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
AzVision.az DİN-in Mətbuat xidmətinin məlumatına istinadən xəbər verir, axtarışda olduğuna görə, ümumilikdə 39, o cümlədən borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb.

Nazirliyin məlumatına əsasən, ictimai asayiş keçikçiləri ötən gün həmçinin 18 avtomat, 3 tapança və 5 tüfəng aşkarlayaraq götürüblər. Eyni zamanda, 16 patron darağı və 26 ədəd müxtəlif çaplı patron aşkarlanıb.


DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

AzVision.az


Teqlər: DİN   əməliyyat   saxlanma  





Xəbər lenti