Qar uçqunu nəticəsində həlak olan hərbi qulluqçu Rüstəm Həmidov dəfn edilib

   Qar uçqunu nəticəsində həlak olan hərbi qulluqçu Rüstəm Həmidov dəfn edilib
  22 Mart 2025    Oxunub:915
Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçqununa düşən Azərbaycan Ordusunun hərbi qulluqçusu Həmidov Rüstəm Ruslan oğlu Bərdədə dəfn olunub.
AzVision.az xəbər verir ki, vida mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin, YAP Bərdə Rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları, rayon sakinləri və hərbiçilər iştirak edib.

Cənazə namazından sonra Rüstəm Həmidov Güloğullar kənd qəbirstanlığında dəfn edilib. Ruhuna dualar oxunub, məzarının üzərinə əklil qoyulub, gül dəstələri düzülüb.

AzVision.az


Teqlər: Rüstəm   Bərdə   dəfn  





Xəbər lenti