Jurnalsitlər Trampı məhkəməyə verdilər

 Jurnalsitlər Trampı məhkəməyə verdilər
  22 Mart 2025    Oxunub:890
“Amerikanın Səsi” radiosunun jurnalistləri və onların həmkarlar ittifaqı ABŞ prezidenti Donald Trampın administrasiyasını məhkəməyə verib.
AzVision.az Bu barədə məlumat yayan “Reusters” agentliyinə istinadən xəbər verir ki, iddiada ABŞ tərəfindən maliyyələşdirilən xəbər agentliklərinin bağlanmasının işçilərin söz azadlığı hüququnu pozduğu bildirilir.

Keçən həftə ABŞ-nin “Amerikanın Səsi” beynəlxalq yayım şirkətinin xeyli sayda əməkdaşının “inzibati” məzuniyyətə göndərildiyi açıqlandı ki, bu da yayımçının işinin faktiki dayandırılması anlamına gələ bilər.

Tramp "Azadlıq Radiosu" və "Amerikanın Səsi"ni susdurdu
Jurnalistlərin Nyu-York federal məhkəməsinə təqdim etdiyi şikayətə əsasən, bu hərəkətlər ölkə Konstitusiyasının Birinci Düzəlişini və Konqresin “Amerikanın Səsi”nə icazə verdiyi və maliyyələşdirdiyi qanunları pozur.

İddia ərizəsində məhkəmədən “Amerikanın Səsi”, “Azad Avropa Raiosu”, “Azadlıq” və “Azad Asiya” radiolarını maliyyələşdirən ABŞ-nin Qlobal Media Agentliyinin bağlanması qərarını ləğv etməsi xahiş olunur.

Xatırladaq ki, sözügedən agentliyin bağlanması prezident Donald Tramp və milyarder İlon Maskın federal hökumətin personalının sayını azaltmaq üçün apardıqları genişmiqyaslı kampaniyanın bir hissəsidir. Onların iddiasına görə, vergi ödəyicilərinin pulları ABŞ-nin maraqlarına uyğun olmayan şeylərə xərcləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   jurnalistlər   məhkəmə  





Xəbər lenti