Abdullah Gül: "Ərdoğana, mənə edilən ədalətsizliyi xatırlayaq"

"Təəssüf ki, son günlər evimizdə bir qədər qarışıqlıq var. Növbəti seçkilərə yaxın vaxt qaldığı və bəzi problemlərin siyasi dialoq və düsturlarla həlli mümkün olsa da, bu cür təlatümdə qalmaq bizi irəli aparmayacaq. Prezident Rəcəb Tayyib Ərdoğana və mənə edilən haqsızlıqları ictimai vicdanın necə qəbul etmədiyini xatırlayaq. Xalqın iradəsi ilə bələdiyyə sədri seçilən Əkrəm İmamoğluna qarşı da oxşar səhvlərə yol verilməməlidir. Bizim saatı geri çevirib yenidən oxşar çətinliklərlə üzləşmək üçün vaxtımız yoxdur. Belə bir qarışıqlıq Türkiyədə nə iqtidara, nə müxalifətə cəmiyyətin heç bir təbəqəsinə yaxşılıq gətirməyib və gətirməyəcək. Biz qanunu və ədaləti gözdən qaçırmamalıyıq. Əks halda Türkiyə itirəcək", - deyə o, açıqlamasında qeyd edib.
Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 1994-1998-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyə Başçısı olub. O, 1997-ci ildə Siirtdəki çıxışına görə, 10 ay həbs cəzasına məhkum edilib.
AzVision.az
Teqlər: