Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi olub

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi olub
  22 Mart 2025    Oxunub:949
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzindən muxtar respublikanın Qida Təhlükəsizliyi Agentliyinə ikisi azyaşlı olmaqla altı nəfərin dönərdən zəhərləndiyi barədə məlumat daxil olub.
AzVision.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) məlumatına istinadən bildirir ki, agentlik əməkdaşlarının apardığı araşdırmalar zamanı hadisənin Naxçıvan şəhəri Heydər Əliyev prospektində yerləşən “Hilal” kafedə baş verdiyi məlum olub.

Faktla bağlı agentlik tərəfindən araşdırmalar aparılır və onun nəticələri barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.

AzVision.az


Teqlər: AQTA   Naxçıvan   zəhərlənmə  





Xəbər lenti