Roma Papası 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

Roma Papası 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq
  22 Mart 2025    Oxunub:870
Xəsətəxanada müalicəsi davam edən Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq.
AzVision.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pontifik martın 23-də müalicə olunduğu Romadakı “Gemelli” xəstəxanasının eyvanından buraya toplaşan insanlara müraciət edəcək, xeyir-dua verəcək.

Bu, Roma Papasının fevralın 14-də xəstəxanaya yerləşdirilməsindən sonra ictimaiyyət qarşısında ilk çıxış olacaq.

Həkimlər Fransiskin səhhətində yaxşılığa doğru irəliləyişin davam etdiyini açıqlayıblar.

AzVision.az


Teqlər:





Xəbər lenti