Millimizin DÇ-2026-dakı sonuncu rəqibi bəlli oldu

Millimizin DÇ-2026-dakı sonuncu rəqibi bəlli oldu
  24 Mart 2025    Oxunub:1126
Futbol üzrə Azərbaycan millisinin 2026-cı il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsindəki sonuncu rəqibi də Fransa - Xorvatiya matçının nəticəsindən sonra bəlli olub.
AzVision.az xəbər verir ki, ötən ilin dekabrında baş tutmuş püşkatma nəticəsində D qrupunda yarışacağı müəyyənləşmiş Azərbaycan bu qrupda Ukrayna və İslandiya ilə yanaşı Millətlər Liqasının 1/4 finalında Xorvatiyaya qalib gəlmiş Fransa ilə münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, seçmə komandamız DÇ-2026-nın seçmə mərhələsindəki görüşlərinə sentyabrın 5-də start verəcək.
AzVision.az



Teqlər: Milli  





Xəbər lenti