Hakerlər Belçika hökumətinin saytlarına hücum ediblər

Hakerlər Belçika hökumətinin saytlarına hücum ediblər
  24 Mart 2025    Oxunub:829
Bir qrup haker Belçikanın bir sıra mühüm dövlət saytlarına hücum edib.



AzVision.az xəbər verir ki, bu barədə "RTBF" televiziya kanalı xəbər verib.

Bildirilib ki, xüsusilə, belçikalılara rəsmi sənədlərə giriş imkanı verən hökumətin MyGov.be saytı hücuma məruz qalıb. Valon Parlamentinin veb saytı da hücuma məruz qalıb.

Telekanalın istinad etdiyi kibertəhlükəsizlik mərkəzinin məlumatına əsasən, bu, serverləri iflic edən DDОS hücumu olub. Mərkəzdən qeyd edilib ki, bu hücumlar kiber cinayətkarlara məlumat oğurlamağa imkan vermir.

Söhbət Rusiyanın "NoName" haker qrupudan gedir. Məlumata əsasən, hakerlər sosial şəbəkə vasitəsilə bildiriblər ki, bu, Belçikanın Ukraynaya 1 milyard avroluq yardım paketi ayırmasına onların cavabıdır.

AzVision.az



Teqlər:





Xəbər lenti