Əraqçinin İrəvana səfər proqramı açıqlanıb

Əraqçinin İrəvana səfər proqramı açıqlanıb
  24 Mart 2025    Oxunub:1164
İranın xarici işlər naziri Abbas Əraqçinin Ermənistana səfər proqramı açıqlanıb.
AzVision.az xəbər verir ki, məlumatı Ermənistan Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, martın 24-25-də Abbas Əraqçi İrəvanda səfərdə olacaq. O, martın 25-də rəsmi görüşlər keçirəcək.

A.Əraqçinin bunun ardınca ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı keçirməsi nəzərdə tutulub. Onun İrəvana ziyarəti çərçivəsində “Danışıqların gücü” adlı kitabının təqdimat mərasimi də keçiriləcək.
AzVision.az



Teqlər:





Xəbər lenti