Argentina “faşist materiallarını” ictimailəşdirəcək

   Argentina    “faşist materiallarını”    ictimailəşdirəcək
  25 Mart 2025    Oxunub:846
Argentina hökuməti İkinci Dünya müharibəsində Almaniyanın məğlubiyyətindən sonra Latın Amerikası ölkəsində sığınacaq almış nasist qaçqınlarla bağlı sənədlərin məxfiliyini ləğv etməyi və materialları ictimailəşdirməyi planlaşdırır.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bunu ölkənin prezident administrasiyasının rəhbəri Gilyermo Frankos bildirib.

Onun sözlərinə görə, Argentinanın dövlət başçısı ötən ay amerikalı senator Stiv Deynizlə keçirdiyi görüşdən sonra belə bir qərara gəlib.

Frankos qeyd edib ki, ölkənin prezidenti o vaxtki Argentina hökumətinin himayədarlığı ilə bağlı məlumatların məxfi saxlanılması üçün heç bir əsasın olmadığını hesab edir.

AzVision.az



Teqlər:





Xəbər lenti