Nadalın rekordu qırıldı

Nadalın rekordu qırıldı
  24 Mart 2025    Oxunub:1298
Serbiyalı tennisçi Novak Cokoviç Rafael Nadalın rekordunu qırıb.
Xarici KİV-in yaydığı məlumata görə, 37 yaşlı idmançı bunu Mayamidə keçirilən “Masters” turnirinin 1/16 finalında argentinalı Uqo Karabellini məğlub etməklə reallaşdırıb.

1 saat 47 dəqiqə davam edən qarşılaşmada serbiyalı tennisçi qələbə qazanıb (6:1, 7:6, 7:1).

N.Cokoviç bununla da “Masters” turnirlərində 411-ci qələbəsini qazanmaqla R.Nadalı (410) geridə qoyub.

Qeyd edək ki, sözügedən turnirlərdə qələbə sayına görə ilk “3-lüy”ü isveçrəli Rocer Federer (381) qapayır.
AzVision.az



Teqlər:





Xəbər lenti