İsveç silahlanır: Rusiya ilə yeni müharibə riskləri nələrdir?

 İsveç silahlanır:  Rusiya ilə yeni müharibə  riskləri nələrdir?
  23 Mart 2025    Oxunub:1344
Rusiya ilə İsveç arasında müharibə riski yaranıb.
2024-cü ildən NATO üzvü olan İsveç, Rusiya ilə "Arktika müharibəsi"nə hazırlıq məqsədilə elit hərbi qüvvələrini səfərbər edib. Rusiya mətbuatı belə bir xəbər yayıb. Məlumata görə, "İsveç Arktikada hərbi üstünlüyə nail olmaq məqsədilə NATO-nun təşkil etdiyi "Cold Response" kimi təlimlərdə aktiv iştirak edib, hazırda şimaldakı hərbi infrastrukturunu müasirləşdirir. Bu baxımdan Kiruna və Lulea hərbi hava bazalarını, regiondakı radar sistemlərini və komanda mərkəzləri yeniləyib. Həmçinin Arktika donanmasını gücləndirib, dəniz müdafiəsi və sualtı qayıqlara qarşı mübarizəyə xüsusi diqqət ayrır".

Məsələ ilə bağlı mətbuata açıqlamasında Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, "Rusiya, İsveçin Arktikadakı hərbi güclənməsindən narahatdır".

"Biz təhlükəsizliyimizi təmin etmək və regionda sabitliyi qorumaq üçün müvafiq addımlar atacağıq, çünki bu, Rusiyanın milli maraqları üçün həyati əhəmiyyət daşıyır ",- Peskov deyib.

Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov isə İsveçin bu addımını sabitliyə təhdid adlandırıb:

"İsveçin NATO-ya yaxınlaşmaq cəhdləri, o cümlədən Arktikanın hərbi baxımdan gücləndirilməsi bizim üçün ciddi narahatlıq doğurur. Biz bunu təhrikedici bir addım və regionun sabitliyinə birbaşa təhdid olaraq görürük."

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharovaya görə də, "İsveç bu addımı ilə regionda daha çox gərginlik və təhlükəsizlik risklərinə səbəb ola bilər."

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah Rəisi General Valeri Gerasimov isə baş verənləri birbaşa olaraq Rusiyanın təhlükəsizliyinə zərbə hesab edir.

"İsveçin hərbi fəaliyyətlərinin genişlənməsi, xüsusilə Arktikada güclənmək istəyi NATO-nun regiona təhlükəli müdaxilə tendensiyanın bir hissəsidir. Bura Rusiyanın təhlükəsizliyi baxımından kritik əhəmiyyət daşıyan bir ərazidir", deyə Gerasimov xəbərdarlıq edib.

Qeyd edək ki, tarixən İsveç ilə Rusiya arasında iki böyük müharibə (1741–1743 və 1808–1809 ) olub. Hər iki müharibədə Rusiya qalib gəlib. Hazırkı strateji vəziyyət keçmişdəki qarşıdurmaların təkrarlana biləcəyini istisna etmir.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti