İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı istintaqların nəticələri açıqlanıb

Bildirilib ki, İmamoğlunun həbsi ilə bağlı verilən qərarda “cinayət təşkilatı qurmaq və idarə etmək”, “rüşvət almaq”, “vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuz mənfəət əldə etmək”, “qanuna zidd olaraq şəxsi məlumatların qeydə alınması” və “tenderlərə qanunsuz müdaxilə” kimi maddələr yer alır.
Məhkəmədə alınan qərara görə, "korrupsiya" cinayətləri üzrə həbs olunanlar arasında bələdiyyənin mətbuat, nəşr və təbliğat xidmətlərindən cavabdeh qurumu “Media AŞ”nin İdarə Heyətinin sədri Murat Ongun və İmamoğlu İnşaat Şirkətinin baş direktoru Tuncay Yılmaz da var.
AzVision.az
Teqlər: