DSX-nin hərbçisi intihar etdi

DSX-nin hərbçisi intihar etdi
  28 Aprel 2025    Oxunub:353
Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik gizir Rəhim Zeynal oğlu Novruzov yaşadığı mənzildə intihar edib.
AzVision.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin olaraq hadisənin hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.

Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.


AzVision.az


Teqlər:





Xəbər lenti