![]() |
Hollivud ulduzunun milyonluq sərvəti övladlarına qalmayacaq |
Aktyorun bədənində iddia olunan hantavirus aşkar edilməyib.
Xatırladaq ki, fevralın 27-də Hekman və onun həyat yoldaşı, pianoçu Betsi Arakavanın Santa Fedəki evlərində cansız bədənləri tapılmışdı. Polis ilkin araşdırma zamanı cəsədlərdə hər hansı zorakılıq izləri tapmayıb. Şahidlər aktyorun həyat yoldaşını sonuncu dəfə fevralın 11-də aptek və heyvan yemləri üçün mağazaya girərkən görüblər.
Ekspertiza Arakavanın hantavirusdan ölməsini təsdiqləyib. Hekman yaşlaşıb əldən düşdüyü və beyin-yaddaş problemləri yaşadığı üçün ona həyat yoldaşı qulluq edirmiş. Ehtimal edilirdi ki, nəzarətsiz qalan Hekman qulluq olmadığı üçün dünyasını dəyişib.
Hekmanın 95, Arakavanın 63 yaşı olub. Aktyor iki filmdə yaratdığı obraza görə iki dəfə "Oskar" mükafatı laureatı olub.
Tural Tağıyev
AzVision.az