"Liverpul" çempionluq paradı keçirəcək

   "Liverpul"    çempionluq paradı keçirəcək
  28 Aprel 2025    Oxunub:332
"Liverpul" Premyer Liqa çempionluğunu qeyd etmək üçün parad keçirəcək.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Məlumata görə, "Mersisaydlılar" ötən gün Premyer Liqanın 34-cü turunda "Tottenhem"ə qalib gəliblər və xallarının sayını 82-yə çatdıraraq sona 4 tur qalmış çempionluğu rəsmiləşdiriblər.

İngiltərə təmsilçisinin mətbuat xidməti bildirib ki, Liverpul Şəhər Şurasının lideri Liam Robinson titulun qeyd olunması üçün çempionluq paradının təşkili təklifini qəbul edib.

Parad mayın 26-da, “Kristal Pelas”la mövsümün son matçından 1 gün sonra keçiriləcək.

AzVision.az





Teqlər:





Xəbər lenti