Ombudsman süni intellektlə bağlı konfransda iştirak edib

Ombudsman süni intellektlə bağlı konfransda iştirak edib
  28 Aprel 2025    Oxunub:421
Azərbaycan respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda iştirak edib.
Konfransda çıxışı zamanı Müvəkkil ölkəmizdə rəqəmsal idarəetmənin inkişafı və süni intellektin tətbiqi sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini, ölkə Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nın xüsusi önəm daşıdığını bildirib.
Ombudsman rəqəmsal texnologiyalardan istifadənin artmasını nəzərə alaraq, əmək hüququ və məşğulluq sahələrində yeni yanaşmaların tətbiqinin vacib olduğunu, süni intellekt konsepsiyasına keçidin insan hüquq və azadlıqlarının təmin olunması və texnoloji tərəqqinin insan hüquqlarına mənfi təsirlərinin minimuma endirilməsi ilə şərtləndiyini qeyd edib.

Müvəkkil dövlət orqanları, vətəndaş cəmiyyəti institutları və özəl sektorun birgə əməkdaşlığı ilə yeni texnologiyalarla bağlı hədəf qrupları üzrə təlimlərin keçirilməsinin, təkrar təhsil imkanlarının genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Ombudsman, həmçinin səlahiyyətləri çərçivəsində süni intellektin insan hüquqlarına təsiri vəziyyətinin monitorinqi, şikayətlərin araşdırılması, maarifləndirmə işinin təşkili, qanunvericiliyin təkmilləşdirilməsi və bu sahədə dövlət proqramlarının icrası prosesinin təhlili üzrə fəaliyyətini aidiyyəti qurumlarla əməkdaşlıqda davam etdirəcəyini diqqətə çatdırıb.

AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti