İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub

   İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub
  28 Aprel 2025    Oxunub:407
İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın aprelin 28-də rəsmi qarşılanma mərasimi olub.
AzVision.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İran Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianı qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi İran Prezidentinə raport verdi. İran İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

AzVision.az


Teqlər:





Xəbər lenti