Merkuris: "Sülh sazişi Aİ-ni parçalaya bilər"

      Merkuris:    "Sülh sazişi Aİ-ni parçalaya bilər"
  28 Aprel 2025    Oxunub:387
Avropa İttifaqı (Aİ) ölkələri Ukrayna münaqişəsinə dair tarixi sülh sazişinin bağlanmasının siyasi birliyin parçalanmasına səbəb ola biləcəyindən narahatdırlar.
Bu barədə britaniyalı hərbi ekspert və analitik Aleksandr Merkuris “The Duran”a açıqlamasında deyib.

Tramp Zelenskinin Krımdan imtina etməyə hazır olduğunu açıqladı
O, hazırda ittifaqda gərgi atmosferin hökm sürdüyünü iddia edib.
"Məlum problem Avropa İttifaqı üçün artıq Rusiyanı məğlub etmək, və ya Ukraynanın mövcudluğunu qoruyub saxlamaqmaq məsələsi deyil. Burada söhbət Avropa İttifaqının qorunub saxlanmasından gedir. İndi məsələ ittifaqın özünün mövcudluğunu qorumasındadır...", - ekspert qeyd edib.

Merkurisin sözlərinə görə, Avropa ölkələri ABŞ-nin böhranın həlli ilə bağlı təkliflərini dəstəkləməkdən imtina edirlər. Lakin bu dövlətlər eyni zamanda problemin həlli yollarını da təklif etmirlər. Aİ üçün hazırda Krımın Rusiyanın bir hissəsi kimi tanınması və Ukraynanın NATO-ya üzvlüyünə qadağa qoyulması qırmızı xətləri keçmək deməkdir.

Xatırladaq ki, aprelin 26-da Vatikanda keçirilən Papa Fransiskin dəfn mərasimindən əvvəl Ukrayna və ABŞ prezidentləri arasında qısa danışıqlar aparılıb. Bu, fevral ayında Ağ Evdə baş verən qalmaqallı görüşdən sonra tərəflərin ilk üzbəüz görüşü idi.
Üstəlik, görüş Trampın komandasının danışıqlar prosesindən uzaqlaşa biləcəklərini bəyan etməsindən və Londondakı məsləhətləşmələrin pozulmasından sonra baş tutub. Xarici KİV-in məlumatına görə, Amerika tərəfi Ukraynanın ərazi güzəştlərinə getmək istəməməsindən qəzəblənib.


Tural Tağıyev
AzVision.az



Teqlər:   Avropa-İttifaqı   Ukrayna   Rusiya   Krım  





Xəbər lenti