Axşam Bakıya leysan yağacaq, şimşək çaxacaq

   Axşam Bakıya leysan yağacaq, şimşək çaxacaq
  15 May 2025    Oxunub:416
Bakıda və Abşeron yarımadasında mayın 15-i axşam saatlarında arabir yağış yağacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Qeyd olunub ki, yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.

AzVision.az



Teqlər:





Xəbər lenti