Qətər Trampa təyyarə hədiyyə etməyəcək

   Qətər Trampa  təyyarə hədiyyə etməyəcək
  15 May 2025    Oxunub:443
Qətər ABŞ prezidenti Donald Trampa Boeing 747-8 təyyarəsini “hədiyyə etməyi” planlaşdırmır, sadəcə rəsmi səviyyədə təyyarənin Amerikaya verilməsini müzakirə edir.
AzVision.az xəbər verir ki, Qətərin baş naziri Mühəmməd bin Əbdülrəhman bin Cassim Əl Tani “CNN” telekanalına müsahibəsində belə deyib.

“Bu, çox sadə hökumətlərarası razılaşmadır. Qətər Müdafiə nazirliyi və ABŞ Müdafiə nazirliyi bizim təyyarələrimizdən birinin “Air Force One” (Hərbi Hava qüvvələri) qismində istifadəyə verilməsi imkanını müzakirə edir. Bu məsələ hüquqi ekspertiza mərhələsindədir”, - Qətər krallığının baş naziri bildirib.

Onun sözlərinə görə, təyyarənin təhvil verilməsi təklifi “qanunsuz” hesab edilərsə, geri götürüləcək.

Xatırladaq ki, bundan əvvəl “ABC News” telekanalı mənbələrə istinadən məlumat yaymışdı ki, ABŞ administrasiyası “uçan saray” adlanan və dəyəri təxminən 400 milyon dollar olan təyyarəni Qətərdən qəbul etməyə hazırlaşır. Trampın vəzifədən gedənə qədər hədiyyəni öz təyyarəsi kimi istifadə edə biləcəyi, bundan sonra isə onun prezident kitabxanasının fonduna təhvil veriləcəyi iddia olunurdu.

Trampa veriləcək hədiyə ilə bağlı təhqiqat tələb olunur
- Qətərin potensial təyyarəni ABŞ-yə verməsi həm demokratlar, həm də respublikaçılar tərəfindən tənqid edilib. Mayın 11-də Tramp bu addımı ABŞ Müdafiə nazirliyinə “pulsuz hədiyyə” kimi qiymətləndirib və mayın 13-də başqa bir yazısında “Boeing 747” təyyarəsini qəbul etməyən hər kəsin “axmaq” olacağını deyib”, - “CNN” telekanalı öz növbəsində bildirib.

Telekanal qeyd edir ki, ekspertlər təyyarənin “Air Force One” sistemi üzrə yeni avadanlıqla təchiz edilməsini yüksək səviyyəli təhlükəsizlik, rabitə və müdafiəni təmin etmək üçün işlər də nəzərə alınmaqla, potensial olaraq yüz milyonlarla dollara başa gələcəyi ilə razılaşırlar.

Eyni zamanda, bir neçə gün əvvəl Qətərin “Boeing 747” təyyarəsinin müqabilində nəsə tələb edib-etməməsi ilə bağlı sualına Tramp, əvvəllər imzaladığı yeni “Air Force One” təyyarəsi sifarişinin gecikməsinə görə “Boeing” şirkətinin işindən məyus olduğunu söyləyib. ABŞ prezidenti onu da vurğulayıb bildirib ki, hədiyyəni “xoş niyyət jesti” sayır və prezidentlik müddəti bitdikdən sonra ondan istifadə etməyəcək.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Tramp   Qətər   hədiyyə  





Xəbər lenti