Orduda komanda-qərargah məşqi keçirilir

   Orduda komanda-qərargah məşqi keçirilir
  15 May 2025    Oxunub:388
2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.
Bu barədə AzVision.az -a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Müdafiə Nazirliyinin baş idarə və idarələri, eləcə də qoşun və qüvvə növləri, Əlahiddə Ümumqoşun Ordunun qərargahlarının cəlb olunması ilə keçirilən məşqin planına əsasən, hərbi qərar qəbuletmə prosesinə uyğun fəaliyyətlər icra olunur.

Mayın 15-də müdafiə naziri general-polkovnik Zakir Həsənov videobağlantı formatında qərargahların məruzələrini dinləyib.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun fəaliyyətindən razılığını bildirib və Ordu qarşısında qoyulan tapşırıqları çatdırıb.

Real döyüş şəraitində müasir döyüş təcrübəsinə uyğun keçirilən komanda-qərargah məşqinin məqsədi bölmələrin manevr imkanlarını nəzərə almaqla hərbi qərar qəbuletmə prosesinin daha da təkmilləşdirilməsi, eləcə də müdafiə və əks-hücum əməliyyatlarının aparılması məsələlərinin məşq etdirilməsidir.

AzVision.az



Teqlər:





Xəbər lenti