Oleynik: “Danışıqların pozulması Londona və Zelenskiyə sərfəlidir” - VİDEO

      Oleynik:    “Danışıqların pozulması Londona və Zelenskiyə sərfəlidir”    - VİDEO
  15 May 2025    Oxunub:416
Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniya hakimiyyəti danışıqları pozmaqda maraqlıdır.
AzVision.az xəbər verir ki, “Başqa Ukrayna” hərəkatının üzvü, Ali Radanın keçmiş deputatı Vladimir Oleynik Rusiya mediasına müsahibəsində belə deyib. Oleynikin Ukrayna və Rusiya tərəflərinin razılığa gələ bilməyəcəklərini ehtimal edib.

“Ukrayna prezidenti məhsuldar dialoqda maraqlı deyil. İndi onlar danışıqların heç bir nəticə vermədiyinə görə Rusiyanı necə günahlandırmaq barədə düşünürlər”, - Vladimir Oleynik vurğulayıb.

Türkiyədə Zelenskini London təlimatlandıracaq - VİDEO
Keçmiş deputatın fikrincə, təkcə Rusiya, ABŞ və Ukrayna liderlərinin deyil, həm də Böyük Britaniyanın nümayəndələrinin harada olduğuna nəzarət etmək lazımdır, çünki Zelenski daha çox Londonla bağlıdır. London təmsilçiləri isə İstanbulda danışıqları pozmaqda maraqlıdırlar.

Bundan əvvəl Amerikanın “Responsible Statecraft (RS)” jurnalı yazmışdı ki, rusların Ukrayna liderinin ABŞ prezidentinin rəğbətini qazanmaq üçün “hiylə” işlətdiyinə inanmağa əsasları var. Məqalədə həmçinin vurğulanır ki, danışıqlar zamanı dövlət başçıları arasında sülh sazişləri adətən nadir hallarda əldə edilir.

“The Guardin” nəşri isə, öz növbəsində, Böyük Britaniyanın baş naziri Kir Starmerin Təhlükəsizlik üzrə müşaviri Conatan Pauellin İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqları ilə bağlı Volodimir Zelenskiyə məsləhət vermək üçün Türkiyəyə gedəcəyini yazıb.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Oleynik   Zelenski   danışıqlar  





Xəbər lenti